Close

Şərur və Babək rayonlarında yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şərur rayonun Çərçiboğan, Babək rayonun Xalxal kəndlərində həyətyanı, Babək rayonun Nəzərabad, Şərur rayonun Qarxun və Kəngərli rayonun Qarabağlar kənlərində quru otluq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

TNS xəbər verir ki, məlumatlarla əlaqədar Naxçıvan şəhər, Babək, Şərur və Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.