Close

Naxçıvanda 14 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

Naxçıvanda 14 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Ümumi çəkisi 14 tona yaxın olan 522 447 ədəd çətənə kolu yandırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

4ccecb24-18fd-363c-943a-4c8dddbf2aa8_850

8e5171ac-df18-38bd-a892-fea29810ac79