Naxçıvanda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb
85
23:28 - 09 İyun 2024
Naxçıvan şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
TNS xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində 75-BX-968 dövlət nömrə nişanlı “Mercedes” markalı və 75-BX-245 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir ailənin 3 üzvü - Naxçıvan şəhər sakinləri - 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı, 1961-ci il təvəllüdlü Həziyeva Hüsniyyə Həzi qızı və 1962-ci il təvəllüdlü Quliyev Səxavət Əhməd oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Əlaqəli xəbərlər
12:39
26 Sentyabr 2024
13:33
25 Sentyabr 2024
11:46
24 Sentyabr 2024