Close

Naxçıvanda bu şəxslər vəzifəsindən azad edildi

Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub.

TNS xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb.

İcra başçısının digər sərəncamı ilə Ramin Talıbov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Anar Həziyev də işdən azad olunub. Arzu Qurbanov idarə rəisi təyin edilib.