Anar İbrahimov sərəncamlar imzaladı - Naxçıvanda bu şəxslərə yüksək vəzifə verildi
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni təyinatlar olub.
TNS xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin müavini Anar İbrahimov sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Anar İbrahimov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub. Müslüm Cabbarzadə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub. Seymur Cəfərov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib. Xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.