Close

12:20
27 İyul 2024

Başçının sabiq müavini Naxçıvan Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Səfər Əhmədov tutduğu vəzifədən qanunsuz şəkildə azad olunduğuna görə, İcra Hakimiyyətini məhkəməyə verib.  

TNS xəbər verir ki, işə 4 aprel 2024-cü ildə hakim Tural Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində baxılacaq.

22 il dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışan Səfər Əhmədov ötən ilin sonlarında qanunsuz şəkildə işdən çıxarılıb. İcra başçısının sabiq müavini işə bərpa olunmasını və ona dəymiş ziyanın ödənilməsini tələb edir.