Close

09:48
29 Aprel 2025
09:32
29 Aprel 2025
09:07
29 Aprel 2025

Rəşad Nəbiyev Naxçıvanda qəbul keçirdi, vətəndaşların bu problemləri həll edildi

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbilyev Naxçıvan Muxtar Respublikasında vətəndaş qəbulu keçirib.

TNS xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün Naxçıvanda Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin Naxçıvan şəhərinin sakinləri ilə görüşdük. Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi”, - Rəşad Nəbiyev qeyd edib.