Anar İbrahimov Türkiyənin Naxçıvandakı baş konsulu ilə görüşüb
363
23:05 - 17 Yanvar 2024
Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.
TNS xəbər verir ki, bu barədə Baş Konsulluğun sosial şəbəkə hesabında paylaşım edilib.
Görüşdə iki qardaş ölkə arasındakı əlaqələrin inkişafından məmnunluq ifadə olunub, qarşılıqılı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.