Close

16:40
23 Fevral 2025

Naxçıvanın təhsil işçilərinin əməkhaqları niyə verilmir? – Muxtar respublikanın Təhsil və Maliyyə nazirlikləri...

Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri yeni tədris ilində əməkhaqqı ala bilməyib.

Bu barədə TNS-ə Naxçıvandakı məktəblərin müəllimləri məlumat verib.

Məlumata görə, təhsil işçilərinə sentyabrın birinci yarısının əməkhaqqı ödənilib. Sentyabrın ikinci yarısının maaşı isə hələ verilməyib.

Müəllimlər deyir ki, ötən ilin bu vaxtında hətta oktyabr ayının da əməkhaqqı ödənilmişdi. Onlar aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, əməkhaqlarının gecikməsinin səbəbini izah edən yoxdur.

Faktı dəqiqləşdirmək üçün muxtar respublikanın Təhsil və Maliyyə nazirlikləri ilə əlaqə saxlamağa çalışdıq. Ancaq təəssüf ki, hər iki nazirlikdə telefonlara cavab verən olmadı.