Close

Prezident İlham Əliyev Sənan Paşayevlə bağlı sərəncam imzalayıb

Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayeva  III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

TNS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Sənan Paşayev Prezident İlham Əliyevin 23 may 2023-cü il tarixdə imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının prokuroru təyin olunub.

O, yeni təyinata qədər Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsində çalışıb.

Sənan Paşayev əvəllər Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olub.