Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı
598
09:27 - 28 Sentyabr 2023

Şahbuz və Culfa rayonlarının təhsil şöbələrinin müdirləri işdən çıxarılıb.
TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmr imzalayıb.
Əmrə əsasən, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov və Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev vəzifəsindən azad edilib.