Naxçıvanda "KamAZ" yanıb
78
09:26 - 26 Sentyabr 2023

Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində “КаmAZ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
TNS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.