Qars-Naxçıvan dəmir yolu xətti çəkiləcək
103
18:40 - 25 Sentyabr 2023

Türkiyənin Qars şəhərindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dəmir yolu xətti çəkiləcək.
TNS xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanın bununla bağlı sənəd imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.