Close

Naxçıvan əhalisi arasında təşviş yaradan məlumatlar yayılıb - FOTO

Naxçıvan Muxtar Respublikasında əhali arasında təşviş yaradan xəbərlər yayılıb.

TNS xəbər verir ki, WhatsApp mesajlaşma proqramı üzərindən insanlara uşaq oğrularının olduğu ilə bağlı məlumatlar göndərilir.

Məlumata görə, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

Qeyd edək ki, mesajlarda Naxçıvanın adı qeyd olunmayıb. Ölkəmizin müxtəlif bölgələrində Qaraxanbəyli adında kəndlər var. Amma bu məlumat məhz Naxçıvan əhalisi arasında yayıldığına görə, insanlar bu “hadisənin” Naxçıvanda baş verdiyini düşünürlər.

Bu məlumatların dezinformasiya olma ehtimalı yüksəkdir. Məqsəd sabitliyi pozmaq, əhali arasında təşviş yaratmaqdır.

Yəqin ki, aidiyyəti orqanlar buna aydınlıq gətirəcək, dezinformasiya yayanlar cəzalandırılacaqdır.

30cfe513-3bf0-42c8-8806-bda86affff34

0f02e45e-4c1d-4a38-9fea-b6bbdaefcc6a