Close

Naxçıvanda turizm üçün əlverişli yaşayış məntəqələri qiymətləndiriləcək, layihələr hazırlanacaq

Naxçıvanda müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması nəzərdə tutulub.

TNS-in xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Qeyd olunub ki, turizm növlərinin inkişafına dair layihələr hazırlanacaq.

2023-cü ildə Batabat gölünün yaxınlığında tematik turistik mərkəz layihələndiriləcək.

2023-2024-cü illərdə dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) xəritələri hazırlanacaq, Naxçıvan Muxtar Respublikasının turizm üçün əlverişli yaşayış məntəqələri qiymətləndiriləcək, qış, kənd və ekoturizm üzrə layihələr hazırlanacaq.

2024-cü ildə isə Ordubad Tematik Parkının yaradılması layihələndiriləcək, Ağbulaq massivində qiymətləndirmə işləri aparılacaq, yay-qış turizm kompleksinin yaradılması imkanı araşdırılacaq.