Close

Azərbaycan ali təhsil məkanında daha bir ilk – NDU-da SAT İmtahan Mərkəzi fəaliyyətə başlayıb - FOTO

Naxçıvan Dövlət Universitetinin ingilisdilli liseyində regional SAT imtahan mərkəzinin təqdimatı olub.

TNS xəbər verir ki, universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri barədə məlumat verib.

Rektor bildirib ki,  bu gün təqdimatı keçirilən SAT Imtahan Mərkəzi bu istiqamətdə aparılan məqsədyönlü işlərin uğurlu davamıdır.

Qeyd edilib ki, ötən il ali təhsil ocağında yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin uğurla fəaliyyət göstərməsi universitetin beynəlxalq rəqabətliliyinin artırılması, ikili diplom proqramlarının həyata keçirilməsi, beynəlxalq əlaqələrinin inkişafı istiqamətində mühüm addım olub. Bu gün yaradılan SAT İmtahan Mərkəzi nəinki universitetdə, eyni zamanda Naxçıvanda ingilisdilli mühitin inkişafına öz töhfələrini verəcəkdir.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, SAT İmtahan Mərkəzinin koordinatoru Aidə Cəlilzadə çıxış edərək qeyd edib ki, SAT (The Scholastic Aptitude Test) — Akademik Qabiliyyət Testi — Amerika Birləşmiş Ştatları ali məktəblərinə qəbul olunmaq üçün xüsusilə orta məktəb şagirdlərinin verdiyi imtahandır.

Vurğulanıb ki, Naxçıvan Dövlət Universiteti 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq SAT İmtahan Mərkəzi kimi qeydiyyata alınıb.

Bildirilib ki, həm kağız üzərində, həm də dijital formada götürülə bilən SAT imtahanı 2023-cü ilin mart ayından beynəlxalq test mərkəzlərində adətən dijital qaydada həyata keçirilir. Bacarıqları qısa vaxt ərzində və daha yüksək konfidensiallıq şəraitində qiymətləndirdiyi üçün Dijital SAT variantı daha güvənilir hesab edilir.

Aidə Cəlilzadə deyib ki, 2 hissədən ibarət olan imtahan birinci hissədə oxu və yazı bacarıqlarını, ikinci hissədə isə riyazi bacarıqları yoxlayan ikihissəli testdən ibarətdir. Orta keçid balı 1060 olan yeni dijital SAT imtahanı üçün ümumi bal 400-1600 sayılır.

Prorektor diqqətə çatdırıb ki, oxu və yazı bacarıqlarının hər modulu 32 dəqiqə olmaqla ümumilikdə 64 dəqiqə, riyaziyyat modulu isə 35 dəqiqə, ümumilikdə 70 dəqiqə olmaqla imtahan müddəti 2 saat 14 dəqiqə olur.

SAT İmtahan Mərkəzinin koordinatoru həmçinin qeyd edib ki, Riyaziyyat bölməsində Cəbr, yüksək çətinlikdə olan riyazi məsələlər, məsələ həlli və data analizi, həndəsə və triqonometriyaya aid suallar olur. Hər bölmənin ilk modulu bitdikdən sonra test platforması avtomatik şəkildə ikinci hissəyə keçid edir. İlk modullar asan, orta və çətin suallardan ibarət olur, lakin ikinci moduldakı sualların çətinlik dərəcəsi birinci moduldakı suallara verilən cavablardan asılı olaraq daha asan və ya çətin olur. SAT imtahanında səhv düzü aparmır.

Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə meneceri Afar İbrahimov onlayn olaraq tədbirə qatılıb və ali təhsil ocağında yaradılan mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.

Sonda müəllim və şagirdlərin sualları cavablandırılıb.

347558197_665736938917841_7210799934782962866_n

348632596_665736918917843_2520073852352214403_n

348864822_665736795584522_5297733018459659089_n

347589226_665736928917842_8496693324335087514_n

347552049_665736718917863_4313080476502376171_n

347595789_665736748917860_3074553262211894246_n 347558089_665736675584534_3862457577505944604_n