Close

TNS-in xəbəri təsdiqləndi – Elsəvər Əsədov Naxçıvanda bu vəzifəyə təyin olunub

Elsəvər Sabir oğlu Əsədov Naxçıvan Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

TNS xəbər verir ki, bu barədəı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Elsəvər Əsədov bu saatlarda kollektivə təqdim ediləcək.

Qeyd edək ki, Elsevər Əsədov 1974-cü ildə Naxçıvan Muxtar Res­pub­li­ka­sı Şahbuz rayonunun Biçənək kəndində anadan olub. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və riyaziyyat fa­kül­tə­si­­nin “Biologiya” ixtisasını, 1999-cu ildə isə universitetin Magistratura təhsil pilləsinin “Genetika və seleksiya”  ixtisasını bitirib.

2000-ci ildə Naxçıvan Dövlət Universitetinin “Təməl tibb fənləri” kafedrasında laboratoriya müdiri, 2002-ci ildə müəllim, 2007-ci ildə baş müəllim, 2010-cu ildə dosent, 2013-cü ildə kafedra müdiri vəzifələrinə təyin olunub.

2016-cı ildən Tibb fakültəsinin dekanı idi.

Xatırladaq ki, Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə ali məktəblərdə elmi məsələlər üzrə prorektor vəzifələri ləğv edilmişdi.