Close

Elsəvər Əsədov Naxçıvanda yüksək vəzifəyə təyin edilib

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı Elsəvər Əsədov yüksək vəzifəyə təyin edilib.

Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Elsəvər Əsədov təhsil sahəsində yeni vəzifəyə gətirilib. Bununla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanında qərar qəbul olunub.

Növbəti həftənin əvvəlində Elsəvər Əsədovun kollektivə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, Elsevər Sabir oğlu Əsədov 1974-cü ildə Naxçıvan Muxtar Res­pub­li­ka­sı Şahbuz rayonunun Biçənək kəndində anadan olub. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və riyaziyyat fa­kül­tə­si­­nin “Biologiya” ixtisasını, 1999-cu ildə isə universitetin Magistratura təhsil pilləsinin “Genetika və seleksiya”  ixtisasını bitirib.

2000-ci ildə Naxçıvan Dövlət Universitetinin “Təməl tibb fənləri” kafedrasında laboratoriya müdiri, 2002-ci ildə müəllim, 2007-ci ildə baş müəllim, 2010-cu ildə dosent, 2013-cü ildə kafedra müdiri vəzifələrinə təyin olunub.

2016-cı ildən Tibb fakültəsinin dekanıdır.