Arzu Abdullayevə Naxçıvanda yüksək vəzifə verildi - EKSKLÜZİV
2573
21:22 - 06 Aprel 2023

Arzu Kamal oğlu Abdullayev Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib. Bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.
Qeyd edək ki, Arzu Abdullayev indiyədək universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin müəllimi olub. O, eyni zamanda Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk təşkilatının sədridir.