Babək rayonunda maşın aşıb, ölən var
56
10:46 - 14 Mart 2023

Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
TNS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Badaşqan kəndi ərazisində baş verib.
1997-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Elman Əsədovun idarə etdiyi "Daewo" markalı avomobil aşıb. Nəticədə, avtomobilin sürücüsü ölüb, sərnişin - 2001-ci il təvəllüdlü Zeynəddin kənd sakini Qasım Quliyev isə ağır xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.