Naxçıvanda güclü zəlzələ oldu - YENİLƏNİB
389
22:54 - 28 Yanvar 2023

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasından 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən TNS-ə verilən xəbərə görə, maqnitudası 6,2 olan zəlzələnin dərinliyi 10 km olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
22:20
Naxçıvanda güclü zəlzələ olub.
Bu barədə TNS-ə Naxçıvandan məlumat verilib.
Yeraltı təkanlar təxminən 10-12 saniyə davam edib.
Dağıntılar barədə məlumat yoxdur.