Close

Naxçıvanın Daxili İşlər Nazirliyi ləğv edilir – Bu polis polkovniki Baş Polis İdarəsinin rəisi təyin ediləcək

Bu günlərdə Naxçıvanda daha bir struktur islahatı aparılacaq.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ləğv edilərək Naxçıvan Baş Polis İdarəsi yaradılacaq.

Mənbənin sözlərinə görə, artıq Naxçıvana təyin ediləcək kadr da müəyyənləşdirilib. Süleyman Nemətovun Naxçıvan Baş Polis İdarəsinin rəisi təyin olunacağı gözlənilir.

Əslən Naxçıvandan olan Süleyman Nemətov hazırda Suraxanı Rayon Polis İdarəsinin rəisidir. Polis polkovniki Süleyman Nemətov bundan əvvəl Quba Rayon Polis Şöbəsinin rəisi olub.