TNS-in xəbəri təsdiqləndi - Seymur Talıbov vəzifəsindən azad edilib
![](/upload/files/xeberler/Naxcivan/2022/11/30/03_21582444629.jpg)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.
TNS xəbər verir ki, universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.
Maraqlıdır ki, universitetin saytında digər prorektorlar üzrə bölmələrdə (tədris və tərbiyə işləri üzrə prorektor və ümumi işlər üzrə prorektor) müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar var.
Qeyd edək ki, Seymur Talıbovun vəzifəsindən azad edildiyi ilə bağlı xəbəri ilk olaraq TNS yaymışdı. Bundan sonra Naxçıvana bağlı bəzi saytlar həmin xəbərin yalan olduğunu bildirmişdi. Təəssüf ki, universitetin rektoru Elbrus İsayev də mediaya açıqlama verərək həmin xəbəri yalanlamışdı. Bu gün isə kimin doğru, kimin yalan dediyi üzə çıxdı.