Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsinə yeni rəis təyin edilib

Möhsün Aşurov Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsinin rəisi təyin edilib.
Bu barədə TNS-ə Naxçıvandakı mənbələrdən məlumat daxil olub.
Möhsün Aşurov bundan əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Bakı Hava Limanındakı qurumunda çalışıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Nurlan Pənahov idi.