Close

Qarabağ Zəfərinə aparan yol

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 illik prezidentliyi dövründə 200 illik tarixin axarını dəyişməklə, adını tarixin səhifələrinə qızıl hərflərlə yazdırdı. Keçmişin kədərli tarixi qürurverici gələcəyə körpü saldı və gələcək nəsillərə mesaj verdi. Bu, təkcə Azərbaycanın gələcəyinə verilən mesaj deyil, həm də bütün dünyaya - dosta və düşmənə verilən ismarış idi. Çünki işğala məruz qalmaq, torpaq itirmək, bunun nəticəsində əhalinin və ərazinin yaşadığı travmalar, qaçqınlıq problemi sosial-iqtisadi, hərbi-siyasi, mədəni və digər sahələrin inkişaf mexanizmlərinə mane olan amillərdəndir. Lakin Azərbaycan xalqı, ordusu və iqtidarı vahid sistem halında birləşərək əsrlərin qara ləkəsini alnımzıdan təmizlədi və torpaqlarımız işğaldan azad edildi.

Azərbaycan tarixində çoxsaylı dövlətlər, imperiyalar olub. Lakin müxtəlif səbəblərdən bu dövlətlər süqut edib, suverenliyini qoruyub saxlaya bilməyib. İşğala məruz qalan və süqut edən son dövlətimiz Azərbaycan Xalq Cümhuriyyəti də bolşeviklərin işğalı nəticəsində süqut etməklə qalmamış, bəzi ərazilərini ermənilərə güzəştə getmək məcburiyyətində qalmışdı.

1988-ci ildə müstəqillik arzusu ilə SSRİ-dən qurtulmaq istəyən Azərbaycan xalqı azadlıq hərəkatı ilə arzusuna çatsa da, müstəqilliyimiz yenə də ərazilərimizin bir hissəsini itirmək bahasına başa gəldi. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı, ancaq davamlı olaraq ermənilər atəşkəsi pozdu, təxribatlarını intensivləşdirdi, hətta ərazilərimizi minalamaqla mənfur niyyətlərindən əl çəkmədiklərini göstərdilər. Beynəlxalq ictimaiyyət isə baş verənləri sadəcə sükutla qarşıladı.

Belə bir çətin dövrdə Azərbaycan xalqının imdadına Ümummilli Lider Heydər Əliyev çatdı. Ulu Öndərimizin hakimiyyəti dövründə müstəqil Azərbaycan yenidən dövlət kimi formalaşmağa başladı. Məhz bu dövrdə uğurlu diplomatiyanın, inkişaf edəcək iqtisadiyyatın, daxili və xarici siyasətin, sosial inkişafın, müasir hərb sisteminin əsası qoyuldu, bu sadalanan amillər torpaqlarımızın geri qaytarılması üçün münbit zəmin hazırladı. Prezident İlham Əliyev Ulu Öndərimizin yolunu uğurla davam etdirərək tariximizdə dönüş nöqtəsi yaratdı. Son 200 ildə əlimizdən zorla alınan torpaqlarımız əsl sahiblərinə geri qaytarıdı.

2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin hərbi təxribatlara əl atmasına cavab olaraq Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum – “Dəmir yumruq” əməliyyatına başladı. Cəmi 44 gün ərzində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Bu əməliyyat həm də beynəlxalq təşkilatların imzaladığı, lakin yerinə yetirmədiyi qətnamələrin icrası idi. Beynəlxalq hüququn Azərbaycanın yanında olması və son 30 ildə Azərbaycanın sülh yolu ilə torpaqlarını işğaldan azad etmək istəyi sübut etdi ki, haqq və ədalət ölkəmizin tərəfindədir.

Vətən müharibəsi 2020-ci ilin 10 noyabrnda Ermənistanın kapitulyasiya aktına imza atması ilə yekunlaşdı. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanat sülh və sabitliyi özündə ehtiva etsə də, ermənilər yenə də üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə, terror-təxribat əməllərini davam etdirdi. Rəsmi Bakı dəfərlələ İrəvana, o cümlədən İrəvanın dəstəklədiyi separatçılara xəbərdarlıq etsə də, düşmən bundan nəticə çıxarmaq əvəzinə, sobatajlarını davam etdirdi. 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin və terrorçu birliklərinin birdəfəlik kökü kəsildi, Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etmiş oldu.

Artıq işğalan azad edilən ərazilərə “Böyük Qayıdış” layihəsi çərçivəsində əhalinin köçürülməsinə start verilib və keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdırlar. Ermənilərin 30 ildə viran qoyduğu ərazilərin cəmi 3 ildə abadlaşdırılması bu torpaqların doğma sahiblərinin kim olduğunu bir daha sübut etdi.

Azərbaycanı zəfərdən-zəfərə aparan Prezident İlham Əliyevin dəfərlərlə işlətdiyi və xalqımızın dilində əzbərə çevrilən bu sözü isə ölkə başçısının ən böyük arzusunun da, misisyasının da nədən ibarət olduğunu və arzunun gerçəkləşəcəyinə inandığını bütün dünyaya sübut etdi: “Qarabağ Azərbaycandır!”

Bütün bunlara görə, Azərbaycan xalqının bu prezident seçkilərində də seçimi İlham Əliyev olacaq.

Mərahim Nəsib