Close

Böyük Həcc mövsümü bu tarixdən başlayacaq

“Bu il 3 və ya 4 iyundan böyük Həcc ziyarəti mövsümü başlayacaq”.

Bu barədə TNS-ə hazırda Məkkə şəhərində olan QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda azərbaycanlı zəvvarların Səudiyyə Ərəbistanına səfəri davam edir: “180 nəfərdən ibarət ilk zəvvar qrupu mayın 25-də Məkkəyə çatıb. Növbəti günlərdə zəvvarlarımızın gəlişi davam edib. Hər gün bir təyyarə resyi olur. Yalnız mayın 29-da iki təyyarə reysi olacaq. Beləliklə, mayın 31-də 1250 nəfərdən ibarət zəvvar qrupumuz hamısı Məkkədə olacaq. Gələn zəvvarlar beş əməldən ibarət olan ilk vacib əməlləri yerinə yetirirlər. Böyük Həcc mövsümü isə iyunun 3 və ya 4-dən başlayacaq. Zəvvarlar Məkkədən Minaya, daha sonra Ərafat çölünə, ordan Müzdəlifəyə, sonra təkrar Minaya gedəcəklər. Böyük şeytanın daşlanması və nəhayət qurban kəsimi prosesləri baş tutacaq”.

Vüsal Cahangiri qeyd edib ki, Həcc əməllərinin yerinə yetirliməsi prosesi iyunun 9-dək davam edəcək.

QMİ rəsmisi hazırda Məkkədə havanın temperaturunun 40-45 dərəcə təşkil etdiyini də vurğulayıb. O, zəvvarların sağlamlıqları ilə bağlı problem olmadığını və prosesə nəzarətin Səudiyyə Ərəbistanına gedən 4 nəfər həkimimiz tərəfindən həyata keçirildiyini deyib.

Aygün