Close

Azərbaycana ayrılan Həcc kvotası doldu

Həcc ziyarəti üçün ayrılan kvota dolub.

Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 yer ayrılıb və kvota artıq dolub.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi bu il bir zəvvarı 5950 ABŞ dollarına Həccə aparacaq.