Close

Şeyxə yeni müavin təyin edildi

Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.

TNS xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.

A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib.