İrəvan qazısının fəaliyyəti bərpa olundu - YENİLƏNİB
14
11:59 - 22 May 2025

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib.
TNS xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında qərar qəbul edilib.
11:55
Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının İrəvan qazısının fəaliyyətinin bərpası ilə bağlı iclası keçirilir.
TNS xəbər verir ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının üzvləri və ölkənin müxtəlif bölgələrindən dini icma rəhbərləri iştirak edirlər.