Həcc ziyarəti üçün Azərbaycana ayrılan yerlər dolub?

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün ayrılan kvota 99 faiz dolub.
Bunu TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Vüsal Cahangiri bildirib ki, sənəd qəbulu artıq yekunlaşmaq üzrədir.
O qeyd edib ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1300-dək kvota ayrılıb. Bu il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 (10,115.00) ABŞ dollarıdır. Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə mayın 25-dən 30-dək səfər edəcəklər.
Xatırladaq ki, bu il Qurban bayramı iyunun 6-da qeyd ediləcək. Həcc ziyarətinin son mərhələsi kimi zəvvarlar qurban kəsərək ehramdan çıxırlar.
Aygün