Ümrə ziyarəti bu tarixədək dayandırıldı

Hazrda Ümrə (kiçik Həcc) ziyarətlərinə fasilə verilib.
Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, artıq Həcc mövsümü başladığı üçün iyunun 22-dək Ümrə ziyarəti olmayacaq.
Qeyd edək ki, hazırda Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu aparılır və artıq proses yekunlaşmaq üzrədir. Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə mayın 25-30-u aralığında gedəcəklər. Bu il Həcc ziyarəti üçün Azərbaycana təxminən 1300 kvota ayrılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.
Aygün