Close

İcazəsiz Həcc ziyarətinə gedənlər 10 il ölkəyə buraxılmayacaq

Builki Həcc dövründə qaydalara əməl etməyənlərə qarşı ağır sanksiyalar tətbiq ediləcək, icazəsiz Həcc ziyarətinə gələnlər isə təxminən 5 min dollar cərimələnəcək və 10 il ölkəyə girişinə qadağa qoyulacaq.

TNS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirib ki, bu gündən başlayacaq və 44 gün davam edəcək yeni qaydaya əsasən, həcc icazəsi olmadan Məkkəyə və müqəddəs yerlərə daxil olmağa cəhd edənlər 20 min riala (təxminən 5300 dollar) qədər cərimə olunacaqlar.

Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər 100 000 riala (təxminən 26 000 dollar) qədər cərimələnəcəklər. Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək. Ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.