Close

15:38
25 Aprel 2025
13:13
25 Aprel 2025

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu aprelin sonuna kimi davam edəcək.

Bunu TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar Həcc ziyarətinə mayın 25-30-u aralığında gedəcəklər. Ziyarət üçün sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana təxminən 1300 kvota ayrılıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Aygün