4 milyondan çox müsəlman bayram namazı qıldı
20
13:40 - 30 Mart 2025

Ramazan bayramı müqəddəs torpaqlarda coşqu ilə qarşılanıb.
TNS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Ramazan ayını Səudiyyə Ərəbistanında keçirən 4 milyondan çox müsəlman Kəbədə birləşib.
Gecə yarısından etibarən Kəbə ətrafında toplaşanlar Ramazan ayının sona çatması ilə Məscid-ül Həramda bayram namazını qılıblar.
Namazı qıldıran məscidin imamı Əbdürrəhman Sudeysi bayram münasibətilə təbriklərini çatdıran xütbə verib.