Close

Sonuncu Qədr gecəsi hansı gün olacaq?

Qurani-Kərimdə “min aydan daha xeyirli” olduğu bildirilən sonuncu Qədr gecəsi martın 26-sı çərşənbə günü qeyd olunacaq.

TNS xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan təqvimində bildirilib.

İslamda “Quran”ın ilk nazil olmağa başladığı Qədr Gecəsi “göylərin qapılarının açıldığı, duaların və tövbələrin qəbul olunduğu mübarək gecə” sayılır. Həmçinin Qurani-Kərimdə adı keçən yeganə gecədir.

Bu gecə Qurani-Kərimdə “Qədr” surəsində belə təsvir edilib: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən Qədr gecəsinin nə olduğunu hardan biləsən? Qədr gecəsi min aydan daha xeyirlidir. Mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş üçün təkrar-təkrar enərlər. O gecə sübh açılana qədər əmin-amanlıq gecəsidir".

Aygün