Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazanla bağlı Fətvasında bildirildiyi kimi, mart ayının 30-da qılınacaq.
Bunu TNS-ə açıqlamasında QMİ sədrinin müavini hacı Fuad Nurullayev deyib.
O qeyd edib ki, bayram namazı hər ilki saatlarda qılınacaq: “Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00-da qılına bilər. Buna adətən məscidlərin imamları özləri qərar verir, insanların gələ biləcəyi saata uyğunlaşdırırlar. QMİ-nin bu məsələyə hər hansı müdaxiləsi olmur”.
Qeyd edək ki, hər il Təzə Pir məscidində bayram namazı saat 09:00-da qılınır. Namaza QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə də qatılır.
Xatırladaq ki, bu il Ramazan bayramı ölkəmizdə martın 30-31-də qeyd olunacaq.
Aygün