Close

İlk Qədr gecəsi bu tarixdə olacaq

Artıq Ramazan ayının 14-cü günüdür.

Bu ayın xüsusi günlərindən sayılan Qədr (Əhya) gecələrinin başlamasına bir neçə gün qalır.

TNS Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadla xəbər verir ki, bu il Ramazan ayının ilk Qədr gecəsi martın 18-dən 19-na keçən gecə qeyd olunacaq.

Növbəti Qədr gecələri martın 20-də, martın 22-də və sonuncu əsas Qədr gecəsi isə martın 26-da qeyd olunacaq.

Bu il Ramazan (Fitr) bayramı miladi təqvimi ilə martın 30-da qeyd olunacaq. Martın 31-də bayramla əlaqədar qeyri-iş günüdür.

Aygün