Close

15:33
12 Mart 2025
14:19
12 Mart 2025

Səhər durmadan oruc tutmaq doğrudurmu?

Ramazan ayında səhərlər imsaq saatında yuxudan qalxmadan da oruc tutan insanlar var.

Belə ki, onlar axşam qəbul elədikləri qida ilə kifayətlənir.

Bəs imsaqa qalxmadan oruc tutmaq doğrudurmu? İmsaq saatında yuxudan qalxmaq şərtdirmi?

TNS mövzu ilə bağlı Heydər məscidinin imamı hacı Rüfət Qarayevin ATV televiziyasına verdiyi açıqlamanı təqdim edir.

İlahiyyatçı bildirib ki, bu məsələdə mütləq olan imsaq yox, Allah Rəsulunun (s) tövsiyəsidir: “Peyğəmbərimiz (s) buyurur ki, sahurda bərəkət var. Biz nə üçün oruc tutur, Ramazanı fəzilətli ay bilirik? “Quran”da bu ay bizə fəzilətli ay kimi bildirilir. Hər hansı bir işi görməzdən əvvəl onun mahiyyətini anlamağa ehtiyac var. Əgər mənim üçün əziyyət və ya çətindirsə, anlamıramsa, ümumiyyətlə, oruc tutmayacağam. Amma anlayır və ya anlamağa çalışıramsa, verilən tövsiyələrə diqqət və hörmətlə yanaşmalıyam”.

Rüfət Qarayev bildirib ki, sahurda, heç nə yeməsək belə, Allah Rəsulunun (s) tövsiyəsi xatirinə sübh azanına 5 dəqiqə qalmış da qalxa bilərik: “Bu bir ayın içində özümüzü imsaqda qalxmağa alışdıraq. Həmin vaxt duaların qəbul edildiyi bildirilir. Bəlkə Allah Rəsulu (s) sahurda bərəkət var, deməklə bizi duaya təşviq edir. Allaha yönəlməyə, nəsə istəməyə təşviq edir. Bu baxımdan, sahurun həyatımızda əhəmiyyəti mühümdür. Amma sahura qaxmadan da oruc tutmaq olur. Əlbəttə ki, bu da doğrudur”.

Aygün