Close

16:53
03 Mart 2025

Səfərdə olan şəxs oruc tuta bilərmi?

"Ramazanda ən çox verilən suallardan biri də səfərdə olan şəxslərin oruc tutması ilə bağlıdır. Dinimizə görə səfərdə olan şəxslər oruc tutmaya bilərlər".

TNS xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov sosial media hesabında paylaşıb.

O bildirib ki, bu barədə Qurani-Kərimdə buyurulur:

“...Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!..” (əl-Bəqərə, 184). Beləliklə səfərdə olan şəxs oruc tutmaya bilər. Ancaq bir şərtlə ki, sonradan onun qəzasını tutsun.

Məhəmməd Peyğəmbərin (s) hədislərində də səfərə çıxanlara oruc tutmaq tövsiyə olunmur. Hədislərin birində buyurulur: “Peyğəmbər səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış əshabələri görüb (onlardan): “Nə baş verib?” – deyə soruşdu. Onlar: “Bu adam oruc tutub” – deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Səfərdə oruc tutmaq yaxşı əməl deyildir”.