Close

Ramazan ayı şənbə günü başlayacaq

Bu il Ramazan ayının ilk günü həftənin şənbə gününə düşür.

TNS Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə istinadla xəbər verir ki, Ramazan ayının ilk günü miladi təqvimi ilə martın 1-nə təsadüf edir.

Martın 18-i, 20- 22-də əhya, martın 26-da isə Qədr gecəsi qeyd olunacaq.

Ramazan bayramı şəvval ayının 1-nə, miladi təqvimi ilə martın 30-na düşür.

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı münasibətilə martın 30-31-də qeyri-iş günləri olacaq.

Aygün