Bakıdakı Tolerantlıq Evi ziyarətçiləri nə vaxt qəbul edəcək?
Ötən ilin sonlarında Bakıda açılışı olan Tolerantlıq Evinin kütləvi ziyarətçilər üçün nə zaman açılacağı məlum olub.
Tolerantlıq Evinin direktor müavini Ülkər Əliyeva TNS-ə bildirib ki, məkan fevralın ortalarında açılacaq: “Hazırda Tolerantlıq Evinə ziyarətçilərin hansı formada gələcəyi ilə bağlı qaydalar hazırlanır. Tolerantlıq Evini görmək istəyənlər üçün bilet satışı həyata keçiriləcək. Yəqin ki, artıq fevral ayının ortalarından məkan ziyarətçilər üçün açıq olacaq”.
Qeyd edək ki, İçərişəhərdə yerləşən Tolerantlıq Evi Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir.
Tolerantlıq Evində 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar, hətta Kəbə örtüyü nümayiş etdirilir.
Oxucularımız Toleranlıq Evindən hazırladığımız geniş reportajla növbəti günlərdə tanış ola biləcəklər.
Aygün