Həcc qiymətləri artıb, kvota azalıb
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün ayrılan kvotanın ötən illərə nəzərən az olması gözlənilir.
Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.
Qeyd edək ki, QMİ bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Həcc ziyarəti qiyməti ötən illə müqayisədə 100 dollar artıb.
Xatırladaq ki, ötən il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota ayrılmışdı. Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edib.
Aygün