Close

19:10
09 Yanvar 2025

Bu gecə “Rəqaib qəndili” qeyd olunacaq

Müsəlmanlar üçün rəhməti və bərəkəti bol “üç ay”ın müjdəçisi sayılan “Rəqaib qəndili” bu gecə qeyd olunacaq.

TNS xatırladır ki, İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən üç aydan biri olan Rəcəb ayının ilk cümə axşamından cümə gününə keçən gecə qeyd olunan “Rəqaib qəndili” rəhmət və bərəkət gecəsi hesab olunur.

Rəqaib “rəğbət bəslənən, bol və dəyərli ianə” deməkdir. Hədis və fiqh ədəbiyyatında isə “bol savab, fəzilətli iş” mənasında işlənir.

Müsəlmanlara “Rəqaib qəndili” gecəsi Quran oxumaq, bağışlanmaq üçün istiğfar, dua və zikr etmək tövsiyə olunur.

Qeyd edək bu il Ramazan ayı miladi təqvimi ilə martın 1-də başlayacaq.

Martın 18-i, 20-i, 22-si və 26-da Qədr gecələri qeyd olunacaq.

Ramazan bayramı isə martın 30-na təsadüf edəcək.

Aygün