Close

Peyğəmbərimizin mövludu ilə əlaqədar tədbir keçirilib

Peyğəmbərimizin dünyayı təşriflərinin ildönümü ilə əlaqədar Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı Şəhidlər Məscidində Mövlud tədbiri keçirilib.

TNS xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Sultan Əhməd Məscidinin Baş İmamı Hasan Kara, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən iş adamları və Azərbaycan ictimaiyyətinin çox sayda nümayəndələri iştirak edib.

Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık iştirakçılara mövlud haqqında geniş məlumat verib: “Bu gün Peyğəmbər Əfəndimizin dünyayı təşrifinin 1453-cü ildönümüdür. Bu münasibətlə buraya Onu anmaq, Onu anlamaq və Onun həyatından örnək almaq üçün yığışmışıq. Peyğəmbərimizi tanımaq qulluqda ən böyük zirvədir. Onu anlamadan, Onun izindən getmədən, Onun həyatından ibrət almadan nə imanımız kamil bir iman olar, nə də Quranı tam olaraq idrak edə bilərik. Bizə imanı, ibadəti, əxlaqı, bir sözlə İslamı həyatımızın bütün mərhələsində necə yaşayacağımızı öyrədən Rəsulullah (s.ə.s) Əfəndimizdir”.

İhsan Açıq çıxışının sonunda – 15 sentyabr Bakının işğaldan azad olunmasının da ildönümü olduğunu qeyd edib, başda Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitləri olmaqla vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidləri rəhmət və ehtiramla yad edib, onların müqəddəs ruhlarına dualar oxuyub.

Hasan Kara tədbir iştirakçılarını mövlüd münasibəti ilə təbrik edib, Qafqaz İslam Ordusunun, Azərbaycan və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini rəhmət və ehtiramla yad edib.

m1

Tədbirin sonunda iştirakçılara ehsan süfrəsi açılıb, hədiyyələr verilib.