Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Allahşükür Paşazadə Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının iclasına qatılacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyada keçiriləcək Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclasına qatılacaq.

Bu barədə TNS-ə QMİ-dən məlumat verilib.

Qeyd edilib ki, bu məqsədlə QMİ sədri avqustun 14-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək.

Qurumun bildirdiyinə görə, A. Paşazadə vəfat etmiş tanınmış din xadimi - Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz dövlətinin rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Prezidentinin başsağlıqlarını çatdıracaq.

İdarənin məlumatında vurğulanıb ki, səfər zamanı mərhumun qəbri ziyarət edilərək, ruhuna dualar oxunacaq, xatirəsinə ehsan mərasimi təşkil ediləcək.