Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Ümrə ziyarətləri başlayır - Qiymətlər müxtəlifdir...

Həcc ziyarətindən sonra bu ilin ilk Ümrə (kiçik həcc) ziyarətləri başlayır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri TNS-ə bildirib ki, qurumun təşkilatçılığı ilə Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək ilk qrup avqust ayının sonunda yola çıxacaq: “Hazırda zəvvarların sənəd qəbulu aparılır. İlk qrupda təxminən 20 nəfər ziyarətə gedəcək. Ümrə ziyarətlərinin qiymətləri müxtəlifdir. 1000 dollardan 1300 dollara qədər ödənişlər var”.

QMİ rəsmisi Həcc ilə Ümrə ziyarətinin qiymətləri arasında xeyli fərq olmasını belə izah edib: “Həcc ziyarəti böyük bir ziyarətdir və bir aya yaxın davam edir. Ümrə ziyarəti isə bir həftə çəkir”.

Qeyd edək ki, Həcc ziyarətindən fərqli olaraq, ümrə ziyarətini yalnız QMİ təşkil etmir. Bu ziyarəti təşkil edən bir çox özəl turizm şirkətləri mövcuddur.

Aygün