Close

Sabah Aşuradır - Bu ünvanlarda qanvermə aksiyası keçiriləcək

İyulun 16-sı Məhərrəm ayının onuncu günü - Aşuradır.

TNS xatırladır ki, Məhərrrəm ayı miladi təqvimi ilə iyulun 7-də daxil olub.

Qeyd edək ki, son illər Məhərrəm ayında dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri də Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyasının keçirilməsidir.

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan tədbir Azərbaycan cəmiyyəti tərəfindən təqdir edilir.

İyulun 16-da Aşura günü münasibətilə qanvermə aksiyası keçirləcək.

Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanları təqdim edirik.

            Bakı şəhəri üzrə:

1. Yasamal rayonu "Təzə Pir" məscidi;

2. Nəsimi rayonu "Əjdərbəy" məscidi;

3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı;

4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi;

5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi;

6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi;

7. Suraxanı rayonu "Qaraçuxur" məscidi;

8. Binəqədi rayonu "İmam Əli" məscidi   

             Regionlar üzrə:

1. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi;

2. Sumqayıt şəhər "Cümə" məscidi;

3. Lənkəran şəhər "Böyük Bazar" məscidi;

4. Masallı  şəhər "Cümə" məscidi;

5. Mingəçevir şəhər "Heydər" məscidi;

6. Şəki şəhər "İmam Əli" məscidi;

7. Şirvan şəhər  məscidi;

8. Bərdə şəhər "İmamzadə" ziyarətgah məscidi;

9. Quba şəhər "Ərdəbil" məscidi

10. Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi;

11. Xaçmaz şəhər məscidi;

12. Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi.

Aygün