Close

09:19
03 İyul 2024

Zəvvarların sonuncu qrupu ölkəyə dönür

Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına getmiş zəvvarlarımızın sonuncu qrupu bu gün Azərbaycana qayıdacaq.

Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

“Bu gün zəvvarlarımızı gətirən son təyyarə də Vətəndə olacaq. Allahın izni ilə istər zəvvarlarımızın sağlamlığı ilə bağlı, istərsə də ziyarət çərçivəsində hər hansı problemlər yaşanmadı. Zəvvarlarımız ziyarətlərini yüksək səviyyədə başa vurdular”, - deyə o bildirib.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1500 nəfər gedib. Səfər ümumillikdə bir aya yaxın davam edib. Belə ki, zəvvarların ilk qafiləsi iyunun 4-də Səudiyyə Ərəbistanına yollanıb. Bu il Həcc ziyarətinə gedən zəvvarların ən yaşlısının 84, ən gəncinin isə 11 yaşı var. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edib.

Aygün