Close

Zəvvarlarımız bu gün ölkəyə qayıdır

Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanında olan zəvvarlarımız bu gündən ölkəyə dönür. Zəvvarların ilk qrupunu gətirən təyyarə bu gün yerli vaxtla saat 16:00-da Bakıda olacaq.

Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib: “İnşallah bu gün zəvvarlarımızı gətirən ilk təyyarəni yola salacağıq. Allahın izni ilə təyyarənin Bakı vaxtı ilə saat 16:00-da Vətəndə olacağı planlaşdırılır”.

Vüsal Cahangiri zəvvarların dönüşünün iyulun 1-də başa çatacağını qeyd edib.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1500 nəfər gedib.

Zəvvarların ilk qafiləsi iyunun 4-də Səudiyyə Ərəbistanına yollanıb.

Bu il Həcc ziyarətinə gedən zəvvarların ən yaşlısının 84, ən gəncinin isə 11 yaşı var. Onların hər iksi xanımdır.

Aygün