Close

Həcc ziyarətində ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlar olub

Həcc ziyarəti zamanı ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlar olub.

TNS bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, rəsmi olmayan kanallar vasitəsilə Həcc ziyarətinə gedən zəvvarlar kondisionerli çadır və avtobuslara daxil ola bilməyiblər. Həcc ziyarəti zamanı 658 misirli, 200-dən çox indoneziyalı, 98 hindistanlı, 49 tunisli olmaqla, 1081 zəvvar yüksək temperatur səbəbindən ölüb.

Ölənlər arasında Pakistan, Malayziya, İordaniya, İran, Seneqal, Sudan, ABŞ vətəndaşlarının da olduğu bildirilir.